Alver yox, icarə haqları baha

Alver yox, icarə haqları baha

Musavat.com saytında isə "Binə Ticarət Mərkəzi çökür" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, Bakının iri ticarət yerlərindən biri sayılan Binə Ticarət Mərkəzində alver "ölüb". Mərkəzdə mağazaların yarıdan çoxu boşalıb. Alıcı çox az hallarda gözə dəyir.
 
Yazıda bildirilir ki, alver zəifləsə də, icarə haqları dəyişməyib: "Ticarət mərkəzinin müştərisiz qalması elə buranın girişindən də hiss olunur. İlk sıralarda demək olar ki, bütün mağazalar boş qalıb. Səbəb budur ki, alverə görə icarə haqları bahadır. Nəticədə bazarpulu, icarəhaqqı və s. xərcləri ödəyə bilməyən satıcılar işləməkdən imtina ediblər".
 
Satıcılar də qəzetə eyni şikayəti dilə gətiriblər: "Özünüz gördüyünüz kimi, iş getmir. Dolların bahalaşması isə bizi lap pis vəziyyətə salıb. Bu boyda ticarət mərkəzində alver, az da olsa, orta sıralarda gedir. Burada gün ərzində heç 50 manat xeyrimiz olmur. Buna baxmayaraq, icarəhaqqı, bazarpulu dəyişmədən qalıb. Əksinə, rəhbərlik icarəhaqqını artırıb".
 
Satıcılar deyiblər ki, əhalinin alıcılıq vəziyyəti aşağı olmasa, hər çətinliyin öhdəsindən gələrlər. Ancaq əhali kasıblaşdığından onların işi də getmir. 

Google+ WhatsApp ok.ru