Amerika günəş enerjisinə keçid edir

Amerika Birləşmiş Ştatlarında günəş enerjisinə ordu və böyük korporasiyalar da qoşulur.
 
ABŞ-nın dövlət qurumları hesab edirlər ki, 2041-cı ilə bərpa olunan enerji mənbələri başqaları ilə müqayisədə daha sürətlə inkişaf edəcək.
 
Günəş, külək və geotermal enerji sektorları demək olar ki, iki dəfə artacaq. Müqayisə üçün, qaz enerjisi yanlız 56% artacaq. Artıq Amerikaının günəş enerjisi sektorunda 143 min inşan çalışır və ölkənin ən sürətli böyüyən əmək bazarıdır.
 
Baxmayaraq ki, günəş enerjisnin payı ABŞ-ın ümumi elektrik enerjisi istehsalında 1% təşkil edir, tezliklə bu rəqəmdə artım olacaq.
 
Belə ki, ABŞ Müdafiə Nazirliyi Arizonda 20 meqavat (MVt) gücündə günəş elektrik enerjisi stansiyası tikmək istəyir. “Apple” şirkəti də öz obyektlərini yaşıl enerjiyə qoşur – şirkətin kampusu və məlumat mərkəzləri artıq 94% bərpa olunan enerji ilə işləyirlər.Şimali Karolinada “Apple” şirkətinin iki günəş elektrik stansiyası işləyir – hər ikisi ildə 84 MVt enerji istehsal edir. Bu statistikaya əhəmiyyətli surətdə öz töhfələrini sahibkarlar da verirlər. Məsələn, Kaliforniyada 2013-cü ildə günəş panellərinin ümumi gücü 1000 MVt-a çatıb.

Google+ WhatsApp ok.ru