AİP mətbuatda yayılan dezinformasiyanı təkzib edir

Maide.az saytının AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının bir necə gün əvvəl yaydığı bəyanatında qurumun Milli Şuranın 09 noyabr mitinqində iştirak etməyəcəyi ilə bağlı qərar çıxardığı bildirilib və onun səbəbləri açıqlanıb.
 
Funksionerlərin yekdil rəyinə görə mitinqdə iştirak məsələsi qeyri-məqbul hesab olunub.  Bakı Baş Polis İdarəsinin yaydığı rəsmi məlumatda isə   mitinqdə iştirak edən partiyaların siyahısı dərc olunub və AİP-in adı da yanlış olaraq bu siyahıda qeyd edilib.  Bəzi KİV və xəbər saytları bu məlumata əsaslanaraq qeyri-dəqiq informasiyanı dərc ediblər.
 
AİP  rəsmən bəyan edir ki, partiya üzvlərindən bir nəfər də olsun Milli Şuranın bazar günü keçirilmiş mitinqində iştirak etməyib. 
 
Qeyd edək ki, Azərbaycan İslam Partiyası noyabrın 5-də Bakı şəhər İcra Hakimiyyətinə ayın 16-da  mitinq  keçirmək üçün rəsmi müraciət ünvanlayıb.

Google+ WhatsApp ok.ru