Arif Hacılı: “Müsavat Partiyası parlament seçkilərində iştirak etməlidir” 29 Avqust 2015 01:00 Siyasət “Noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Qeyri-bərabər də olsa, iki ay müddətində siyasi fəaliyyət üçün imkanlar var. Müsavat Partiyası bu imkanlardan yararlanmalı, parlament seçkilərində iştirak etməlidir”. Bunu Müsavat Partiyası Məclisinin iclasında partiyanın başqanı Arif Hacılı deyib. A. Hacılı bildirib ki, kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştirak etməli və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırmalıdır: “Müsavat Partiyasının rəhbərliyinin Milli Məclisə daxil olacağı barədə illüziyalara malik deyilik. Seçkidə iki məqsədlə iştirak edəcəyik. Birinci, ölkədəki siyasi vəziyyətin dəyişməsinə çalışacağıq, ikincisi, bu seçki kampaniyasından da partiyanın məqsədlərinin cəmiyyətinə çatdırılması üçün istifadə edəcəyik. Seçkilərin yola verilməsinə imkan verməyəcəyik, Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə hüquqlarımızın bir qismini bərpa edəcəyik” Teqlər : #Arif Hacılı: Müsavat Partiyası parlament seçkilərində iştirak etməlidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MSK parlament seçkiləri ilə bağlı Təqvim Planı qəbul edəcək, ekspert və işçi qrupları yaradacaq Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video