Arif Hacılının qardaşı Rəsul Quliyevi təhqir etdi

“Rəsul Quliyev altsaymer (yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travması-red.) xəstəliyindən əziyyət çəkir”. Maide.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli eks-spiker Rəsul Quliyevin Arif Hacılını İsa Qəmbərin əcaib kölgəsi adlandırmasına münasibət bildirərkən deyib.
 
Mustafa Hacıbəylinin sözlərinə görə, altsaymer xəstəliyindən  əziyyət çəkən insanlarda reallıq hissi itir, yaddaşın itirilməsi, sərsəmləmə kimi əlamətlər üzə çıxır: “Rəsul Quliyev də yəqin ki, bu ağıl xəstəliyindən əziyyət çəkir. Ona görə də mən bu sərsəm adamın sözlərinə reaksiya verməyi lazım bilmirəm. Bu xəstəlikdən qurtulması üçün Rəsul Quliyevə Allahdan şəfa diləyirəm!”.
 
Qeyd edək ki, Rəsul Quliyev Müsavat Partiyasının qurultayından öncə, başqanlıq seçkilərində saxtakarlıqların ola biləcəyini proqnozlaşdırmışdı. O, sabiq başqan İsa Qəmbərin məhz Arif Hacılının başqan olması istiqamətində hər cür saxtakarlıqlara gedə biləcəyini demişdi.

Google+ WhatsApp ok.ru