Arif Məmmədov ölkənin böhrandan çıxarılması üçün “Azərbaycan 2025” milli proqramını hazırlayır

Diplomat Arif Məmmədov ölkənin böhrandan çıxarılması üçün “Azərbaycan 2025” milli proqramının hazırlanmasına başlayıb. O, həmfikirlərini bu prosesdə fəal iştiraka çağırıb.
 
“Çoxları mənim məqsədim, ölkənin gələcəyini necə görməyimlə bağlı soruşurlar. Başlanğıc üçün ölkənin böhrandan çıxarılması ilə bağlı “Azərbaycan 2025” milli proqramını hazırlamaq istəyirəm.
 
Əlbəttə, mənim öz fikirlərim var. Lakin bunlar 20 il Avropada yaşayan və bu illər ərzində müşahidə etdiyi ən yaxşı şeylərin öz xalqı üçün olmasını arzulyan diplomatın fikirləridir.
 
İstəyirəm ki, mənim  xalqım belçikalı, norveçli, fransz və ya almandan pis yaşamasın”, - A.Məmmədov özünün Facebook səhifəsində yazıb.
 
A.Məmmədov sözügedən müddətə qədər Azərbaycanda real pensiya təminatının 1200 €, minimal əməkhaqqının saatda 15 €, ailənin alylıq gəlirinin  2400 € ( hər uşağa görə dövlət tərəfindən əlavə olaraq 200 € ayrılması)  olmasını mümkün hesab edir.
 
“İstəyirəm ki, ölkəmin hər bir vətəndaşının milii sərvətlərdə (neft, qaz, qızıl, əlvan metal və s.) payı olsun”, - A.Məmmədov yazır.
 
O, Neft Fondunun Milli Fonda çevrilməsini təklif edib. Burada ölkənin bütün təbii resurslarından daxil olan vəsaitlər hər bir vətəndaş üçün toplansın.
 
Fondun vəsaitləri şəffaf olmalı və tanınmış iqtisadçılar, alimlərdən ibarət Şura tərəfindən nəzarət edilməlidir.
 
“Yazmışam ki, mənə siyasi partiya və ya hansısa digər qurum lazım deyil. Bundan ötrü 10-20 nəfərlik beyin mərkəzi lazımdır ki, onlar bu proqramın hazırlanmasına yardımçı ola bilisinlər. Lakin bu layihədə yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı iştirak edə bilər. Xarici ekspertlər məsləhətləşmələr üçün cəlb edə bilər.
 
Avropada yaşayan və bu işə faydası olduğunu düşünən azərbaycanlılardan və ölkəmizin başqa dostlarından xahiş edirəm ki, toplaşıb proqramı müzakirə etmək üçün mənimlə əlaqə yaratsınlar”, - A.Məmmədov yazıb.
 
“Mən müntəzəım olaraq proqram üzərində işlə bağlı məlumat verəcəm. Biz hər şeyə rəğmən öz gücümüzə inanmalıyıq. Əgər inansaq bizi heç kim saxlamayacaq və biz qalib gələcəyik”, - A.Məmmədov vurğulayıb.
 
A.Məmmədov Aİ yanında İslam Əməkdaşlığı Təşkilatı missiyasının rəhbəridir.
 
O, Facebook-da yazdığı statusda 19 may yanğınında adamların ölümünə görə məsuliyyəti məmurların üzərinə qoyduqdan sonra hökumətyönlü mətbuatda ona qarşı hücumlar başlayıb. Onun stastusunu dəstəkləyən beş diplomat işdən çıxarılıb.

Google+ WhatsApp ok.ru