Artur Rasizadə hesabat verir

Artur Rəsizadə Milli Məclis qarşısında hesabat verir
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.Spiker Oqtay Əsədov baş nazir Artur Rəsizadə başda olmaqla hökumət üzvlərini və deputatları  rəbrik etdi, xalqa ünvanlı xoş arzularını çatdırdı. Məclis sədri bu gün Nazirlər Kabinetinin parlament qarşısında 2014-cü illə bağlı hesabat verəcəyini bildirəndən sonra gündəlik təsdiq edildi.
O.Əsədov dünya iqtisadiyyatı üçün əlverişli olmayan ötən ildə qeyri-neft sektorunun inkişaf etdiyini, Azərbaycan iqtisadiyyatının investisiyalar üçün əlverişli olduğunu dedi. Bildirdi ki, ötən il ölkəyə qoyulan investisiyaların 49 faizi xarici investorların payına düşüb. Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 8 dəfə üstələdiyini qeyd edən spiker yoxsulluğun səviyyəsinin 5 faizə düşdüyünü vurğuladı.
Spikerin giriş nitqindən sonra hesabatı təqdim etmək üçün söz baş nazir Artur Rəsizadəyə verildi.
Hazırda baş nazir parlamentə hesabat verir.

Google+ WhatsApp ok.ru