Aslan İsmayılov:“Əhalinin rifahı tək maddiyatla ölçülmür”

Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib.  Prezident çıxışında qeyd edib ki, Azərbaycanda sabitlik və inkişaf hökm sürür: “Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür.  Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin".
Neftin qiymətinin ölkə əhalisinin hiss etməməsi mümükünsüz olmasını deyən vəkil Aslan İsmayılov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, bunun qarşısının təmami ilə alınması mümkün deyil: “Hər halda hökumət çalışa bilər ki, neftin qiymətinin düşməsi əhalinin sosial durumuna katastrofik şəkildə təsir etməsin. Amma bunun qarşısının tamami ilə alınması mümkün deyil. Neftin qiyməti ilə bağlı yaşanan durum ölkədə bütün sahələrdə hiss olunacaq. Getdikcə bu böhran daha qabarıq şəkildə ortaya çıxacaq.”
Daha sonra Aslan İsmayılov bu durumdan çıxış yolu kimi bəzi təkliflərini də verib. O qeyd edib ki, ilk növbədə korrupsiya aradan qaldırmalıdır: “Hökumət əgər istəyir ki, əhali bu böhranın təsirini az hiss eləsin, ilk növbədə korrupsiyanı aradan qaldırmalıdır. Eyni zamanda əhalinin rifahı tək maddiyatla ölçülmür. Ölkədə vətəndaşlar arası münasibət, iqtidar-müxalifət arası münasibət kökündən dəyişilməlidir. Ölkədə bir barış yaradılmalıdır. Konfrontasiyadan çəkinilməldir, siyasi məhbuslar azad edilməlidir. Mən tam əminəm ki, insanların rifahına ölkədki bu münasibətlər də çox ciddi təsir edir.” /

Google+ WhatsApp ok.ru