Avro manata qarşı 0,6 faiz bahalaşıb 28 Oktyabr 2016 01:00 İqtisadiyyat Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Maide.Az xəbər verir ki, AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 27-si ilə müqayisədə 0,55% bahalaşaraq 1,6381 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,62% möhkəmlənərək 1,7863 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 27-si ilə müqayisədə 0,77% bahalaşaraq 0,0261 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi isə 0,13% zəifləyərək 0,5265 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9947 manatdır. Beləliklə, funt sterlinq 0,26%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6825 manat təşkil edib. Teqlər : #Avro manata qarşı 0,#6 faiz bahalaşıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycana avtobus idxalı 13 dəfə azalıb Bu günə olan – RƏSMİ VALYUTA MƏZƏNNƏLƏRİ