Avropa Birliyinin paytaxtında azərbaycanlıların soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan və Türk diaspor təşkilatları Brüsseldə izdihamlı etiraz aksiyası keçirib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 30-da Avropadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçirib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən aksiyanın məqsədi, azərbaycanlılara və türklərə qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirilmiş terror və soyqırımı aktları, "erməni soyqırımı" iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olub.
 
Aksiya iştirakçıları “Terror bəşəriyyətin ümumi bəlasıdır!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Xocalıya Ədalət - Qarabağa Azadlıq!”, “İşğalçı Ermənistan, Dağlıq Qarabağı tərk et!” "Azərbaycanlı girovlara azadlıq!", kimi şüarlar səsləndirərək, Brüsselin mərkəzi küçələri ilə Ermənistanın Belçika Krallığındakı Səfirliyinə doğru yürüş ediblər.
 

Google+ WhatsApp ok.ru