Avropada yeni qaz kəməri: 4 dövlət birləşir

“Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan “Eastring” qaz kəmərinin çəkilişi ilə bağlı razılığa gəliblər”.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Slovakiya mətbuatı yayıb.
 
Mətbuatın yazdığına görə, qaz kəməri Slovakiya-Ukrayna sərhədindən Bolqarıstan-Türkiyə sərhədinə qədər uzanacaq.
 
Qeyd edək ki, "Eastring" qaz kəmərinin gücü 20 milyarddan 40 milyard kub metrə qədər olacaq. Onun tikintisi 2018-ci ildə başa çatacaq. /

Google+ WhatsApp ok.ru