Avropanın 5 ölkəsi Azərbaycan qazı ilə bağlı sənəd imzaladı

Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə Avropaya qaz tədarükünün mənbələrini və marşrutlarını Türkiyə üzərindən diversifikasiya edilməsini dəstəkləyir. 
 
Maide.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Budapeştdə dörd ölkənin XİN rəhbərləri və Türkiyənin Avropa məsələləri üzrə dövlət naziri arasında aparılmış danışıqların yekunlarına dair enerji sahəsində əməkdaşlığa dair imzalanan bəyannamədə bildirilib.     
 
“Təbii qazın Türkiyədən bizim ölkələrin üzərindən keçməklə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə və digər ölkələrə tədarük olunması üçün marşrutların və mənbələrin diversifikasiya edilməsinin kommersiya cəhətdən davamlı variantının yaradılması dəstəklənib”, deyə Yunanıstan XİN mətbuat xidmətinin yaydığı sənəddə qeyd olunur.
 
Bəyannamədə qaz tədarükünü milli və regional səviyyələrdə yaxşılaşdırılmasına yönələn bir neçə infrastruktur qaz layihəsinin artıq reallaşdırıldığı və planlaşdırıldığı qeyd olunur.   
 
Bəyannamə müəllifləri hesab edirlər ki, bu yolla Türkiyə və Aİ enerji bazarlarının “Cənub Qaz Dəhlizi” vasitəsilə möhkəmləndirilməsinə imkan yaradılacaq, həmçinin Aİ-nin maliyyə dəstəyi ilə gerçəkləşəcək 5 ölkənin qaz infrastrukturunun birləşdirilməsi  regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.  

Google+ WhatsApp ok.ru