Avtomobil idxalı 8 dəfə azalıb

Bu ilin birinci rübündə Azərbaycana 1362 avtomobil idxal olunub.
 
Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 min 673ədəd azalıb. Bu, 7.37 dəfə azalma deməkdir.
 
2013-cü ilin birinci rübündə 21 min 379, 2014 - də 22 min 511, 2015-ci də isə 10 min 35 ədəd avtomobil idxal olunmuşdu.
 
Bu ilin ilk rübündə ölkəyə gətirilənlərdən 19 -u mikroavtobus, 1235 ədədi isə minik avtomobilləridir. Qalanları yük maşınları və xüsusi təyinatlı avtomobillər olub. (azadliq.org)

Google+ WhatsApp ok.ru