Ayətullah Xamenei: Silahlı qüvvələrin əməliyyat gücü və mənəvi motivasiyası gücləndirilməlidir

 Ali rəhbər  Ayətullah  Seyyid Əli  Xamenei  bu gün  İran Silahlı Qüvvələrinin  zabit heyəti ilə  görüşündə bildirib ki,  İran İslam Respublikası Silahlı Qüvvələrinin şəxsi  heyəti üçün ən önəmli  göstərici onların əməliyyat gücü ilə yanaşı mənəvi motivasiyaya da sahib olmasıdır. 
 
Maide.az xəbər verir ki, Ali rəhbər görüşdə onu da bildirib ki, İslam Respublikası sistemində Silahlı Qüvvələrin əsas vəzifəsi  milli sərhədləri qorumaq və sabitliyi təmin etməkdir. Bu qüvvələrin həm əməliyyat gücü, həm də mənəvi motivasiyası hər gün  gücləndirilməlidir.
 
Çıxış zamanı Ayətullah Xamenei  dünya ölkələrinin  bir çoxunda  iki  növ  ordunun  mövcud olmasından bəhs edərək vurğulamışdır ki, “Bəzi ölkələrdə ordu və təşrifat xarakterli hərbi qüvvələr əməliyyat gücünə malik  olmayaraq sadəcə hökuməti və hakimiyyətdə olanların  təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdur. Belə ordular bizim bölgədə də mövcuddur və onların bəzisi  bir ildən çoxdur ki,  bütün gücü ilə  Yəmən və xalqına qarşı amansız hücumlar təşkil etmiş, lakin uğur əldə edə bilməmişdir. Dünyada mövcud olan ikinci növ ordu isə zahirdə  əməliyyat və hərbi  gücə sahib olsa da, əməliyyat  meydanında  onların işi yalnız məntiqsiz zorakılıqdan ibarətdir.  Amerika ordusunun  İraqda və Əfqanıstanda  törətdikləri qanlı səhnələr də bu növ qoşunlara  bariz nümunələrdir. Bu tip silahlı qüvvələr əməliyyat  meydanında  gücləri çatmayanda, hətta Blackwater kimi profesional cinayətkar  qüvvələrdən də  istifadə etməkdən çəkinmirlər.”
 
Ali rəhbər onu da əlavə edib ki, dünyada həm məktəbi, həm mənəvi motivasiyası, həm də  iş bacaran, eyni zamanda da müstəqil ölkəyə məxsus olan yeganə ordu İran İslam Respublikası ordusudur. 
 
Yekun olaraq Ali Rəhbər nəzərə çatdırıb ki, İran Silahlı Qüvvələri hansısa  şəxs, partiya və ya cəbhəyə deyil, bəlkə də bütün xalqa və ölkəyə məxsusdur. Bu səbəbdən də xalqın təhlükəsizliyini təmin etmək və milli təhlükəsizlyi  qorumaq onların əsas borcudur./

 

Google+ WhatsApp ok.ru