Azərbaycan iki yeni təyyarə aldı 29 Avqust 2014 01:00 İqtisadiyyat Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb. Bu barədə "Boeing" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir. Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb. Müasir "Boeing 747-8" təyyarələri "Boeing-747-400" təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə "Boeing 747-849" markalı 49 yük təyyarəsi satılıb. Azıərbaycanın "Silk Way Airlines" aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir. Teqlər : #Azərbaycan iki yeni təyyarə aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dördüncü mobil operator gəlir «Göydələn»lərdə mənzillərin qiyməti ucuzlaşıb