Azərbaycanın ikinci süni peyki bu il orbitə buraxılacaq

Azərbaycanın üçüncü stasionar peyki 2017-ci ildə orbitə buraxılacaq. İkinci suni peyk isə bu il kosmosa çıxarılmalıdır. 
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov: “Freysa Azərbaycan kosmik əlaqələrinin əməkdaşlığı çərçivəsində yerinə yetirilən Azərspeys 2 spod 7 proqramı artıq öz həllini tapmaqdadır. Müqavilələrin bağlanması üçün artıq son suallar həll olunur. Hesab edirəm ki, bu il biz bu layihəyə qoşulacağıq”. 
Cari ildə Rabitə və Yüksək Texnologiyalar nazirliyi Naxtel mobil operatoruna da yeni imkanlar açmağı planlaşdırır. Naxçıvanın mobil operatoru “Naxtel” Azərbaycanın digər rayonlarında da fəaliyyətini genişləndirəcək. 
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov: “1-ci mərhələdə biz yəqin onun rominqlərini təşkil edəcəyik ki, istənilən yerdə naxtel teelfonları işləsin. Amma rominq əsasında. Sonradan isə Azərbaycanda lisenziyalaşdırma məsələsinə də baxacağıq. Tezliklərin toqquşması olmasa biz o imkanı onlara verəcəyik”. 
Nazirlik olimpiya oyunları ilə bağlı Abşeron və digər rayonlarda telekommunikasiya infrastrukturunu genişləndirir. Bu Avropa oyunlarının keçirilməsi zamanı problemləri aradan qaldıracaq. 

Google+ WhatsApp ok.ru