Azərceldən xəbərdarlıq

Son günlər Azercell-in ödəmə kartları ilə bağlı narazılıqlar artmaqdadır.

Abonentlər Azercell 1, 3, 5 manatlıq ödəmə kartlarının keyfiyyətsiz olmasından və şifrə yazılan hissəsini silərkən rəqəmlərin pozulmasından şikayətçidilər.

Qeyd edək ki, bununla bağlı Azercell abonentlərindən redaksiyamıza şikayətlər daxil olub.

Sözügedən məsələyə aydınlıq gətirmək üçün Azercell Telekom MMC-nin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən sorğumuza verilən cavabda bildirilir ki, istifadəçilər ödəmə kartlarını silərkən diqqətli olsunlar:

“İstifadəçilər ödəmə kartlarını silərkən çox zaman iti kəsici əşyalardan, məsələn, bıçaq, qayçı və sairdən istifadə edir. Bu zaman kartın yüklənməli olduğu şifrələr pozula bilir.

İstifadəçilərə məsləhət görərdik ki, kartların pozulması zamanı iti metal əşyalardan istifadə etməsinlər”. musavat/

Google+ WhatsApp ok.ru