Azərbaycanda ərzaq bahalaşıb 04 Dekabr 2014 02:00 İqtisadiyyat Bu ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiyməti və tarifləri isə əvvəlki ayla müqayisədə dəyişməyib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, noyabr ayı ərzində mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, limonun, portağalın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, xiyarın, pomidorun, kartofun, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub. Teqlər : #Azərbaycanda ərzaq bahalaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neftin qiymətində cüzi bahalaşma qeydə alınıb Azərbaycanda 20 meqavat gücündə nüvə reaktoru tikiləcək