Azərbaycanda 2015-ci il üçün yaşayış minimumu nə qədərdir? 22 Dekabr 2014 02:00 İqtisadiyyat Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib. Azertac-ın məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib. Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb. / Teqlər : #Azərbaycanda 2015ci il üçün yaşayış minimumu nə qədərdir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neft bazarı yaxın vaxtlarda bərpa olunacaqmı? BP və SOCAR arasında 30 illik müqavilə imzaladı