Azərbaycan neftinin qiymətində kəskin ucuzlaşma 12 Yanvar 2015 02:00 İqtisadiyyat Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 48,36 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar azalaraq 50,11 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,43 dollar ucuzlaşaraq 50,81 dollar təşkil edib. Teqlər : #Azərbaycan neftinin qiymətində kəskin ucuzlaşma, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu da neftin yeni qiyməti Azərbaycanlı milyarder sərvətini itirməyə başlayıb