Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşdı

Bu gün səhər dünya birjalarında neftin qiyməti ucuzlaşması barədə məlumat vermişdik. Adətən gün ərzində bir dəfə dəyişən qiyəmtlərdə bu gün ikinci dəfə dəyişilib. Digər markadan olan neftlərdə qiymət fərqi o dərəcədə hiss olunmasa da, Azərbaycan neftinin qiymətində kəskin ucuzlaşma olub.
 
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar ucuzlaşaraq 45,89 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,84 dollar azalaraq 46,59 dollar olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,7 dollar ucuzlaşaraq 48,03 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru