Azərbaycanda idxal kəskin artır, ixrac isə azalır

2015-ci ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  4,04 milyard ABŞ dolları təşkil edib.
 
“Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, xarici ticarət əməliyyatlarının həcmi  keçən ilin müvafiq dövrünə nisbətən 18.65 % azalmışdır.
 
Yanvar-Fevral aylarında Azərbaycanın idxalının həcmi 1,71 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 43.45 % çoxdur.
 
 
FEVRALDA İDXAL ARTIB
 
Yanvar ayında 574, 22 milyon dollarlıq, Fevral ayında isə 1,13 milyard dollarlıq mal idxal olunmuşdur.
 
2015-ci ilin ilk 2 ayı ərzində Azərbaycanın ixracı 2,334 milyard ABŞ dolları təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 38.2 % azdır.
 
 
FEVRALDA İXRAC AZALIB
 
Cari ilin Yanvar ayında 1,24 milyard dollarlıq, Fevral ayında isə 1,06 milyard manatlıq mallar ixrac olunub. İki ayda xam neft ixracı 38,2% azalıb.
 
Yanvar-Fevralda Azərbaycanın xarici ticarət əməliyyatlarının saldosu 627,4 milyon dollar təşkil edib.
 
İdxalda əsas mallar
(min ABŞ dolları)
Azərbaycanda idxal kəskin artır, ixrac isə azalır
 
İхracda əsas mallar
 
(min ABŞ dolları)
 
Azərbaycanda idxal kəskin artır, ixrac isə azalır

(azadliq.info) /

 

 

Google+ WhatsApp ok.ru