Azərbaycan nefti 60 dollar oldu

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar, yaxud 5,21% bahalaşıb. 
 
SOCAR-dan verilən məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37 dollara bərabərdir.
 
Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub.

Google+ WhatsApp ok.ru