Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb 21 Aprel 2015 01:00 İqtisadiyyat Bu gün aprelin 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər bahalaşıb. Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% bahalaşaraq 1,0506 manat səviyyəsində qərarlaşıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,56% ucuzlaşaraq 1,1269 manat olub. Teqlər : #Azərbaycanda dollar bahalaşıb,#avro ucuzlaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hakimiyyətin “otel maxinasiyası” İstanbula təyyarə bileti ucuzlaşdı