Azərbaycanda avronun məzənnəsi illik maksimumu yeniləyib

Bu gün aprelin 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05% ucuzlaşaraq 1,0482 manata düşüb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0105 manat və ya 0,9% bahalaşaraq 1,1749 manat olub.

Google+ WhatsApp ok.ru