Azərbaycanda problemli kreditlərin həcmi 7% artıb

Azərbaycanda aprel ayının 1-ə kredit təşkilatlarının vaxtı keşmiş kreditləri ümumi kreditlərin 5,9%-i təşkil edib. Maide.az-ın məlumatına görə, bu barədə "Report" Mərkəzi Bankın məlumatına əsasən xəbər verir.
Qeyd edək ki, bu göstərici mart ayının 1-də 5,5% -ə bərabər olub. Ümumilikdə isə problemli kreditlərin artımı 7% təşkil edir. İlin əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 5,2%, keçən ilin müvafiq dövründə isə 5,4% olub.
Ümumiyyətlə isə iqtisadiyyata kredit qoyuluşu üzrə göstəricidə ciddi dəyişiklik olmayıb və bu 20 632,3 mln.manat təşkil edib. Bu göstəriciyə görə, ötən ayla müqayisədə 65 mln.manat və ya 0,3% azalma qeydə alınıb.

Google+ WhatsApp ok.ru