Azərbaycan neft və qaz hasilatını artırdı

2015-ci ilin ilk 4 ayında 8.5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% çox sənaye məhsulu istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, neft hasilatı 0.8%, əmtəəlik qaz hasilatı isə 12.4% artıb.
 
Komitə bildirir ki, ümumilikdə 2015-ci ilin ilk 4 ayının nəticələrinə görə, Azərbaycanda əmtəəlik neft hasilatı, kondensat da nəzərə alınmaqla, 14 milyon 196 min ton təşkil edib.
 
Bundan başqa, 2015-ci ilin yanvar-aprel ayı ərzində ölkədə 6 milyard 838,7 milyon kub metr qaz hasil edilib.

Google+ WhatsApp ok.ru