Azərbaycanda kredit kartı istifadəçilərinin sayı azalır-video

Azərbaycanda kredit kartı istifadəçilərinin sayı azalır. 3 ay ərzində 58 min kart dövriyyədən çıxıb. Ekspertlər hesab edir ki, artıq vətəndaşlar kreditə daha ehtiyatla yanaşırlar.
 
Kredit kartı bumu səngiyir. Artıq cəlbedici kampaniyalar və güzəştlər də sərfəli görünmür. Bankların kredit kartı müştərilərinin sayı sürətlə azalır.
 
Mərkəzi Bankın məlumatına görə, fevral-aprel aylarında kredit kartlarının sayı 58 min ədəd azalıb. Bu ilin yanvar ayına qədər kredit kartlarının sayı artaraq 1 milyon 322 min ədədə çatıb. Ancaq Fevral ayından başlayan azalma mart və aprel aylarında da davam edərək kredit kartlarının sayı 1 milyon 264 min ədədə düşüb.
 
İqtisadçıların fikrincə azalmanın səbəblərindən biri bankların kredit verməyə ehtiyat etməsidir.
 
Digər səbəb vətəndaşlarına kredit kartlarına marağının azalmasıdır.
 
Kredit kartlarından istifadə əsasən nağd pul çıxarışını əhatə edir. Yanvar-May ayları ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 4 milyard 166 milyon manat təşkil edib. Təkcə ölkə daxilində bu vəsitin 3 milyard 586 milyon manatı və ya 86%-i bankomatlardan nağd şəkildə çıxardılıb. xezerxeber /

Google+ WhatsApp ok.ru