Azərbaycan nefti bahalaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,03 dollar yaxud 0,05% qalxıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
 
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,89 dollara bərabərdir.
 
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 65,17 dollar/barel, dünən 63,86 dollar/barel olub.
 
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Google+ WhatsApp ok.ru