Azərbaycan nefti bahalaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,09 dollar yaxud 0,14% qalxıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,98 dollara bərabərdir.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 65,17 dollar/barel, dünən isə 63,89 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Google+ WhatsApp ok.ru