Azərbaycanda xarici ticarət dövriyyəsi azalıb

2015-ci ilin 1-ci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28,94% azalaraq $10,930 mlrd olub.
 
Hesabat dövründə ixrac 44,59% azalaraq $6,231 milyarda düşüb.
 
İdxal isə 13,64% artaraq $4,698 milyarda çatıb.
 
1-ci yarımildə Azərbaycanda iş adamaları 138 ölkə ilə ticari əməliyyatlar həyata keçirib ki, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12 vahid azdır.
 
Xarici ticarət əməliyyatlarında 4823 şəxs, o cümlədən 2803 fiziki və 2020 hüquqi şəxs iştirak edib. 
 
Hüquqi şəxslər arasında özəl sektor xeyli üstünlük təşkil edir. /

Google+ WhatsApp ok.ru