Azərbaycan neftinin ucuzlaşması davam edir

Azərbaycan nefti ucuzlaşıb.
 
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən  verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,23% və ya 0,14 dollar azalaraq 58,54 dollar olub.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,70 dollar azalaraq 50,16 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,49 dollar azalaraq 56,55 dollar olub.

 

Google+ WhatsApp ok.ru