Azərbaycan kapitalı Gürcüstana axır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) işgüzar adamları 4-5 sentyabrda «Invest in Georgia 2015» investisiya forumuna dəvət edir. 
 
Azərbaycanda iqtisadi situasiya pisləşdiyi üçün Ölkə biznesmenləri Gürcüstana can atır. 2014-cü ildə biznes mühit üzrə bu ölkə 43-cü yeri tutub (Azərbaycandan 22 pillə yüksək). Azərbaycanda iqtisadi vəziyyət psiləşdiyi üçün fərq daha da arta bilər. 
 
2014-cü ildə Gürcüstana xarici investisiyalar $1272 mln olub. Bu, 2013-cü ildəkindən 39% çoxdur.
 
2014-cü ildə Azərbaycan Gürcüstana investisiyalarda $302 mln-la ikinci olub. I yeri Niderland, üçüncü yeri Çin tutub. Bu ilin I rübündə Azərbaycan Gürcüstana investisiyalarda birincidir. $444 mln-ın $59 mln-u və ya 34% Azərbaycanın payına düşüb. İkinci yeri Türkiyə ($27 mln), üçüncü yeri Rusiya ($27 mln) tutub.
 
Azərbaycan biznesmenləri arasında sorğu göstərir ki, onları şəffaf və sadə vergi sistemi, sadə gömrük prosedurları, dövlətin biznesə müdaxilə etməməsi, mülkiyyətin qorunması və Gürcüstan hökumətinin təşviq siyasəti cəlb edir.

Google+ WhatsApp ok.ru