Azərbaycanda qızılın qiyməti aylıq maksimuma yüksəlib

Azərbaycan bazarında qızlın qiyməti aylıq maksimuma çatıb. Avqustun 25-də qızılın bir unsiyasının rəsmi məzənnəsi bu ay ərzində ilk dəfə olaraq 1 220 manatı keçərək 1 220,8589 manat (1 qram - 39,26 manat) təşkil edib. 
Bu göstərici 7 iyul tarixindən indiyədək müşahidə olunan ən yüksək rəqəmdir. Belə ki, qızılın bir unsiyasının 1 220 manat həddini keçməsi bir də iyulun 7-də qeydə alınıb - 1 223,1340 manat.
Məlumata əsasən, qızılın qiyməti ayın əvvəli (3 avqust) ilə müqayisədə 5,93%, həftəlik (18 avqust) isə 4,05% artıb.
Qeyd edək ki, bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi 1,0466 manat, avro - 1,2078 manat, 1 rubl - 0,0148 manat təşkil etdiyi halda, iyulun 7-də bu göstəricilər müvafiq olaraq 1,0490 manat, 1,1575 manat, 0,0184 manat olub. 

Google+ WhatsApp ok.ru