Azərbaycanın Avstraliyadakı diplomatı işdən qovulub

”Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterıi məktub ünvanlanıb. Bildiririk ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində “Diplomatik xidmət haqqında” qanunu, “XİN haqqında əsasnamə”nin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağrılıb”. Bunu modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
H.Hacıyevin sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadak səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilib, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağrılıb və barəsində intizam tədbirləri görülüb.
 
”Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.
 
Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”,- H.Hacıyev bildirib.

Google+ WhatsApp ok.ru