Azərbaycan energetikləri avqust maaşını almayıb

“Azərenerji” ASC ciddi maliyyə problemi ilə üzləşib.
 
Turan agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib.
 
“Azərenerji” ASC digər problemlə üzləşib - əməkdaşlarına maaş verə bilmir. Bu barədə  Turan yazmışdı.
 
Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. “Deyirlər ki, bir qədər də dözün”, - deyə “Azərenerji” ASC-nin İES-lərindən birinin əməkdaşı Turan-a bildirib. Digər qurumlarda da maaşlar hələ verilməyib.

Google+ WhatsApp ok.ru