Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,27 dollar yaxud 0,56% ucuzlaşıb.
 
“Report” xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 47,76 dollara bərabərdir.
 
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Google+ WhatsApp ok.ru