Azərbaycanda inflyasiya 5%-dək artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın saytında dərc olunan “Transition Report 2015-2016 Rebalancing finance” hesabatında qeyd edilir.
 
2014-cü ildə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.
 
AYİB-in rəyinə əsasən, 2015-ci ildə iqtisadi artım 2014-cü ilin göstəricisi 2,8%-ə qarşı 3%-dək artacaq. “İqtisadiyyatın şaxələndirilməsi aşağı səviyyədə qalır. Neft-qaz sektoru iqtisadiyyatın, büdcə və ixrac gəlirlərinin mühüm hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi özəl sektorun inkişafına yönələn struktur islahatlar hesabına mümkündür”, – deyə hesabatda qeyd edilir.
 
Hesabatda vurğulanır ki, iqtisadiyyatın şaxələndirilməsi hökumət üçün əsas prioritet olaraq qalır. “Qeyri-neft sektorunun inkişafı stabil makroiqtisadi mühit, həmçinin rəqabətin stimullaşdırılması və işgüzar mühitin yaxşılaşdırılması məqsədilə səylərin razılşadırılmasından asılı olacaq”, – deyə AYİB-də hesab edirlər.
 
2015-ci ilin yekunları üzrə bank Azərbaycanın tədiyyə balansını 2014-cü ildə 14,1%-ə qarşı ÜDM-in 3%-i səviyyəsində proqnozlaşdırır.
 
AYİB cari ilin yekunları üzrə Azərbaycanda dövlət büdcəsinin kəsirini 2014-cü ildə ÜDM-in 0,4%-ə qarşı ÜDM-in 7,9%-i səviyyəsində olacağını gözləyir.
 
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2015-ci ilin yekunları üzrə ÜDM-in artımını 3,3% səviyyəsində, orta illik inflyasiyanı 4,4% səviyyəsində, tədiyyə balansının profisitini ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırır.(marja)

Google+ WhatsApp ok.ru