Azərbaycan nefti 1 dollardan artıq bahalaşıb

Azərbaycan neftinin qiymətində artım müşahidə olunur.
 
Maide.az xəbər verir ki, London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,11 dollar və ya 2,48% artaraq 45,89 dollar təşkil edib.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,215 dollar artaraq 41,90 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar artaraq 44,98 dollar olub.

Google+ WhatsApp ok.ru