Azərbaycanlılar Avsriyaya uçmaq istəmirlər

Avstriya Hava Yolları konserni gələn il yanvarın 12-dən etibarən Vyana-Bakı-Vyana reysi ilə uçuşları dayandıracaq.
 
Maide.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, aviakonsernin mətbuat xidmətindən bildiriblər ki, tələbatın aşağı düşməsi və müəyyən müddətdən bəri müvafiq minimum həcmin olmaması bu addımı atmağa vadar edib.
 
Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu aviareys yanvarın 11-də gerçəkləşdiriləcək və sonrakı tarixlərə bilet almış sərnişinlərə alternativ variantlar təklif ediləcək.
 

Google+ WhatsApp ok.ru