Azərbaycan əhalisinin 26 faizinin kredit borcu var

Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə 2015-ci ilin noyabrın 1-nə Azərbaycanda 2 milyon 519 min 494 nəfərin kredit borcu var. 
 
Bu da sentyabr ayının yekunları ilə müqayisədə 13 min 919 nəfər və ya 0,55% çoxdur. İlin əvvəlindən isə kredit borcu olanların sayı 202 min 954 nəfər və ya 8,7% artıb.
 
Maide.az AMB-yə istinadən xəbər verir ki, cari ilin oktyabrın yekunlarına görə, xidmətin bazasında 10 milyon 529-dan çox kredit haqqında informasiyalar saxlanılır.
 
AMB-nin məlumatına görə, noyabrın 1-nə xidmətə 248 min sorğu daxil olub ki, onların 92%-i banklar tərəfindən edilib. 
 
Bundan başqa, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2012-ci ildə 1 milyon 540 min borcalan qeydə alınıb.
 
Qeyd edək ki, oktyabrın yekunlarına görə, zamin şəxslərin sayı son bir ayda 10 min 802 nəfər artıb. 
 
Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb.
 
MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.

Google+ WhatsApp ok.ru