Azərbaycanda ümumdaxili məhsul 2,4 faiz artacaq

"Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda ümumdaxili məhsulun 2,4% artacağını bildirir.
 
Ermənistanda bunun 2,5 faiz, Türkiyə ilə Gürcüstandada isə faiz olacağı gözlənilir.
 
Həmçinin Qazaxıstanda 2% artım olacaq, Rusiyada isə 0,5% geriləmə gözlənilir.
 
Ukraynada isə 1,4 faiz artım proqnozlaşdırılır.
 
Siyahının sonlarında Rusiya, Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) yer alıb.
 
Şərqi və cənubi Avropa ölkələrindən olan Çexiyada, 2,7, Bolqaristanda, 2,5, Macarıstanda 2,4, Sloveniyada 2,2, Serbiyada 1,6, Xorvatiyada isə 1,1 faiz artım gözlənilir.
 
Ümumilikdə isə Avrozonada 1,7 faiz artım proqnozlaşdırılır.
 
Başda isə 7,4%-lə Hindistan, 6,6 faizlə isə Vyetnam və Banqladeş gəlir.
 
Hazırda iqtisadi geriləmə müşahidə olunan Çin isə 6,5%-lə növbəti sırada qərarlaşır. azadliq radiosu /

Google+ WhatsApp ok.ru