Azərbaycanın ticarət etdiyi əsas ölkələr məlum oldu

2015-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, Rusiya və Türkiyə olub. Bu barədə Dövlət Gömrük Komitəsinin 2015-ci ilin nəticələri üzrə açıqladığı hesabatda bildirilir.
Məlumata əsasən, Azərbaycanın mal ixrac etdiyi əsas ölkələr İtaliya (ixracın 19,73%-i), Almaniya (10,71%), Fransa (7,56%), İsrail (7,02%) və Çexiya (4,81%) olub. Ölkəyə idxal məhsullarının böyük hissəsi isə Rusiya (idxalın 15,59%-i), Türkiyə (12,7%-i), ABŞ (9,19%), Almaniya (7,48%), İtaliyadan (6,37%) daxil olub.azadliq /
 
 

Google+ WhatsApp ok.ru