Azərbaycan neftinin qiyməti 30 dollar oldu

Ötən gün “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,02 dollar və ya 3,24% azalaraq 30,43 dollar təşkil edib.
 
Maide.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,17 dollar artaraq 27,38 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,25 dollar artaraq 35,35 dollar olub.

Google+ WhatsApp ok.ru