Azərbaycanlılar xaricdə əcnəbilərin burda xərclədiyindən çox pul xərcləyir

Mərkəzi Bankın hesabladığı tədiyə balansına əsasən, 2015-ci ildə azərbaycanlılar xaricdə əcnəbilərin burda xərclədiyindən çox pul xərcləyib.
 
Ötən il turist xidmətinin həcmi $ 4 mlrd 912,55 mln olub. Birinci ($1 mlrd 339,4 mln) və dördüncü rüb ($1 mlrd 306,72 mln) rekordçu olub. Üçüncü rübdə $ 1 mlrd 277,86 mln, ikincidə $988,57 mln məbləğində xidmət göstərilib.
 
Əcnəbilər burda $2 mlrd 309,49 mln, bizimkilər xaricdə $2 mlrd 603,06 mln (mənfi $293,58 mln) xərcləyib. contact /

Google+ WhatsApp ok.ru