Azərbaycanda `Lada`ların satışı 20 faizdən çox azalıb

Azərbaycanda `Lada`ların satışı 20 faizdən çox azalıb

2015-ci ildə "AvtoVAZ" xaricə 28 461 ədəd "Lada" ixrac edib.
 
"APA-Economics" xəbər verir ki, 2014-cü illə (23 330 ədəd) müqayisədə Rusiyanın avtomobil istehsalçısı ixracı 45% azaldıb.
 
Qazaxıstan "AvtoVAZ" üçün əsas xarici bazar olaraq qalır. Ötən il Qazaxıstana 14 278 ədəd "Lada" ixrac olunub ki, bu da illik müqayisədə 65,9% azalma deməkdir.
 
Hesabat dövründə Azərbaycana 4 690 ədəd "Lada" idxal olunub ki, bu da 2014-cü illə müqayisədə 1,4 dəfə çoxdur.
 
TOP-5 idxalçı ölkələr siyahısına Misir, Ukrayna və Almaniya da daxildir.
 
Cari ilin I rübündə isə "AvtoVAZ" öz avtomobillərini əsasən Belarus, Almaniya, Azərbaycan və Macarıstana ixrac edib. "AvtoVAZ" bildirir ki, bu ilin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda satışlar 20,6% azalaraq 527 ədəd avtomobilə çatıb.

Google+ WhatsApp ok.ru