Azərbaycanda minimum əməkhaqqı 68 dollara düşüb

Azərbaycanda minimum əməkhaqqı 68 dollara düşüb

"Azərbaycanda minimum əməkhaqqı devalvasiyadan sonra indiki məzənnə ilə 68 dollara düşüb". Bu barədə iqtisadçı ekspert Samir Əliyev Facebook səhifəsində yazıb.
 
Azərbaycanda minimum əmək haqqının sonuncu dəfə təxminən 3 il öncə - 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırıldığını yazan S.Əliyev qeyd edib ki, həmin dövrdə bu məbləğ 134 dollara bərabər olub.
 
O, həmçinin bildirib ki, 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əməkhaqları artırılıb: "Rusiyada minimum əməkhaqqı iyulun 1-dən 117 dollara, Ukraynada isə mayın 1-dən 58.4 dollara yüksəldilib".
 
S.Əliyev yazıb ki, Belorus hökuməti iyunun 1-dən etibarən işəgötürənlər qarşısında işçiyə ayda ən azı 119 dollar əməkhaqqı vermək öhdəliyi qoyub: "Moldovada mayın 1-dən etibarən minimum əməkhaqqının aylıq səviyyəsi 106 dollar olub".
 
Ermənistanda hazırda bu rəqəmin 115 dollar olduğunu yazan S.Əliyev hökumətin iyulun 1-dən minimum əməkhaqqını 136 dollara qaldırmaq planının büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmadığını bildirib. (meydantv)
 

Google+ WhatsApp ok.ru