Azərbaycana nə qədər turist gəlib – STATİSTİKA

Azərbaycana nə qədər turist gəlib – STATİSTİKA

 
Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2006,2 min nəfər, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 4 095,8 min nəfər olub.
 
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirilir ki, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 1921,9 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib. Onların 668,8 min nəfəri istirahət, əyləncə turizmi, 632,3 min nəfəri işgüzar turizm, 36,5 min nəfəri müalicə turizmi, 11,5 min nəfəri dini turizm məqsədilə ölkəyə gəlib.
 
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 3256,2 min nəfərinin səfərinin məqsədi turizm olub. Onların 1045,2 min nəfəri istirahət, əyləncə turizmi, 1045,2 min nəfəri işgüzar turizm, 140,0 min nəfəri müalicə turizmi, 133,5 min nəfəri dini turizm məqsədilə xaricə gedib.
 
Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında Rusiya, Gürcüstan və İran ilk 3 yeri tutur. Ötən il Azərbaycana Rusiyadan 685555 (2014-cü ildə 843851), Gürcüstandan 571648 (2014-cü ildə 699532), İrandan 149600 (2014-cü ildə 131179) nəfər gəlib. (fins.az) /

Google+ WhatsApp ok.ru