Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib 17 Avqust 2016 01:00 İqtisadiyyat Bu dövrdə ixrac olunan xam neftin miqdarı isə 12,334 mln. ton olub Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 12 333 679,47 ton həcmində xam neft ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 3 555 732,40 min dollar təşkil edib. Hesabat dövründə ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,56%, dəyəri isə 39,36% azalıb. Yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracının 77,47%-ni xam neft təşkil edib. Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ixracı 4 589 792,06 min dollar olub. / Teqlər : #Azərbaycan bu il 3,#6 mlrd. dollarlıq xam neft ixrac edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xarici valyutalar bahalaşmaqda davam edir – RƏSMİ MƏZƏNNƏLƏR Özəl sektor ümidi doğrultmayıb