Azərbaycandan fərqli olaraq Gürcüstanda pensiyalar artırıldı

Azərbaycandan fərqli olaraq Gürcüstanda pensiyalar artırıldı

 
“Yüksək dağlıq regionların inkişafı haqqında” Qanun qəbul edilib. Həmin qanuna əsasən, bu sentyabırn 1-dən etibarən həmin regionlarda yaşayan pensiyaçılar 20% artıq pensiya alacaqlar (94 dollar).
Eyni qaydada fiziki məhdudiyyətli insanlara, ailə başçısını itirmiş ailələrə ödənən sosial ödənişlər də 20% çox olacaq.
Dövlət məktəblərində işləyən müəllimlərin sentyabrın 1-dəm maaşları 35% artıb.
Həmin ərazilərdə pensiyaya çıxan həkimlərin pensiyasına 2 misl, tibb bacılarının pensiyasına 1 misl pensiya əlavə olunacaq.
Bu ərazilərdə elektrik enerjisi haqqının 50%-i dövlət tərəfindən kompensasiya ediləcək. (azadliq.info) /

Google+ WhatsApp ok.ru